Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

4 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində (BAAU) “HRM Mini MBA” sertifikatlı təlim kursu adlı layihənin icrası üçün insan resursları sahəsində fəaliyyət göstərən preşəkar şirkətlər və ixtisaslaşmış assosiasiya arasında Universitetin rəhbər inzibati və akademik heyətinin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdən əvvəl Universitetin rektoru dosent Səyavuş Qasımov, Tədris işləri üzrə prorektor dosent Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva qonaqlarla görüşərək layihənin əhəmiyyəti barədə ətraflı müzakirələr aparıblar. 

Layihənin tərəfdaşları olan Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə heyətinin üzvü və həmtəsisçisi Nərgiz Seyid-zadə, “Digital Academy Baku” MMC-nin təsisçisi və direktoru dosent Afaq Hüseyn, “HRENGİNEERİNG” MMC-nin təsisçisi və direktoru Tural Məmmədov, həmçinin İnsan resurslarının idarə edilməsi sahəsində çalışan təlimçi və ekspert Sevda Məmmədova BAAU ilə bu layihə çərçivəsində əməkdaşlıq edəcəklərindən məmnunluqlarını bildiriblər və öz gələcək təkliflərini təqdim ediblər.

Layihə çərçivəsində İnsan resurslarının idarə edilməsi sahəsində peşəkar mütəxəssislərin iştirakı ilə 5 moduldan ibarət, 110 saatlıq təcrübi təlim təşkil olunacaq. Təlimi uğurla bitirən iştirakçılara layihənin 6 tərəfdaşının rəhbərlərinin imzası ilə təsdiq olunmuş sertifikat təqdim ediləcək.  

Tədbir BAAU-nun konfrans zalında tərəflərin çıxışları və gələcək əməkdaşlıq təkliflərinin müzakirəsi ilə davam edib. Müzakirələrdən sonra “HRM Mini MBA” sertifikatlı təlim kursu adlı layihənin tərəfdaşları arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə