AİRA və taınmış HR konsultasiya şirkəti olan Mental arasında Azərbaycanda yeni xidmətlərin təşkilində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu "Azərbaycan İnsan Resursları Assosiasiyası"nın sədri Tural Məmmədov və "Mental Azərbaycan"ın rəhbəri Uğur Karaboğa imzalayıb. Tezliklə tərəflərin birlikdə həyata keçirəcəkləri layihələr haqqında ictimaiyyətə məlumat veriləcəkdir.
