İbrahim İbrahimov insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir və öz karyerası boyunca müxtəlif sektorlarda – qeyri-hökumət təşkilatları, dövlət qurumları və özəl şirkətlərdə fəaliyyət göstərib. O, təşkilati inkişaf, performans menecmenti, elektron təlim sistemlərinin (LMS) tətbiqi, işə qəbul və kadr inkişafı kimi sahələrdə mütəxəssisdir. Yeni sədr, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Avrora Şirkətlər Qrupu, PMD Hospitality, PASHA Management Company, Azercell Telecom LLC və Azərşəkər MMC kimi nüfuzlu təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb və insan resursları sahəsində mühüm təşəbbüslərə rəhbərlik edib.
Əlavə olaraq, İ. İbrahimov Bakı Ali Neft Məktəbindən MBA (Biznesin İdarəedilməsi üzrə Magistr), Bakı Mühəndislik Universitetindən isə Dövlət İdarəçiliyi üzrə bakalavr dərəcəsinə malikdir. O, həmçinin Strateji İnsan Resursları Lideri (Certified Strategic HR Leader-AİHR) sertifikatına sahibdir və “III Yüksəliş Müsabiqəsi”nin finalçısıdır.
