Xidmətin izahı: Biznes dünyasında şirkət üçün ən önəmli məsələlərdən biri də məhz işçilərin əməyinin dərəcələndirilməsi və onların vəzifə təlimatlarının müəyyənləşdirilməsidir. Bu xidmət növündə müəssisə daxilində vəzifələrin nisbi dəyərinin ölçülməsi və müəyyən edilməsi üçün əməyin dərəcələndirilmə fəaliyyətinin həyata keçirilməsi aparılacaq, müəssisədə olan bütün vəzifələrin iş analizi olunaraq vəzifə təlimatları hazırlanacaqdır.
Xidmətin faydaları:
- Vəzifələr arası konfliktlərin azalldılması
- Düzgün əmək haqqı sisteminin formalaşdırılması
- İşçilərin bağlılığının artırılması
- Peşə təsvirləri, fərdi xarakteristikalar, və effektiv müsahibə vasitəsilə işə qəbulun və işçi heyətinin tərkibinin təkmilləşdirilməsi və müvafiq xərclərə qənaət edilməsi
- İşçilərin vəzifə və fəaliyyətləri barədə aydın təsəvvürə malik olmasının təmin edilməsi
- Bacarıqlı, motivasiyalı və çevik işçi qüvvəsinə sahib olmaqda yardım
- Fərdi fəaliyyətin qiymətləndirilməsi və işçilərə hədəfli məlumatların verilməsi
- Bilik və bacarıqların çatışmadığı sahələrin müəyyənləşdirilməsi
- Təhsil və inkişaf proqramlarının, iş yerində qiymətləndirmənin effektiv şəkildə qurulması vasitəsilə təlim xərclərinin aşağı salınması
- Vəzifə artımı üçün işçilərin bilik və bacarıqlar əldə etməyə həvəsləndirilməsi
- İşçilərin hüquqi və təşkilati tələblərə əməl etməyə həvəsləndirilməsi
- Fəaliyyətin aydın hədəflərə qarşı ölçülməsi
Xidmətin davam etmə müddəti: 2-4 ay
Gözlənilən nəticə: Vəzifə təlimatlarının yazılması nəticəsində artıq işçilər arasında vəzifələr arası konflikt yaşanmayacaq, düzgün effektiv iş rejimi tətbiq olunacaq və şirkətin hədəflərə çatması üçün işçilərin motivasiyası təmin olunacaq və artıq təlim xərcləri aşağı salınacaqdır.