Bu xidmət paketi tətbiq olunan şirkətlərdə ilk növbədə İnsan resurslarının idarə edilməsi və Təşkilati İnkişaf sahəsində müəssisədə mövcud olan problemlərin müəyyən edilməsi məqsədilə şirkətin səlahiyyətli şəxslərindən müsahibələr alınır, şirkətin müvafiq sənəd və materialları, statistik məlumatlar nəzərədən keçirilir və yekunda mövcud problemlər və onların həlli üçün şirkətə xidmətlər paketi hazırlanaraq təqdim edilir.
Xidmətin faydaları:
- Şirkətin zəruri ehtiyaclarının üzə çıxarılması
- Şirkət üçün həlli vacib məsələlərin prioritetləşdirilməsi
- Xidmətlər zamanı vaxt və maddi resurslara qənaət edilməsi
- Şirkətin biznes effektivliyinin yüksəldilməsi
Xidmətin müddəti: 2 həftə
Gözlənilən nəticə: Layihələrin effekttivliyi yüksələcək və mühüm məsələlərin həlli üçün bütün proseslərə kompleks yanaşılacaqdır.