Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) həmtəsisçisi Mahir Qarayev Gürcüstan Respublikasında Human Resources Professional's Guild-in təşkilatçılığı ilə 14.05.2019-cu il tarixində keçirilən "HR Challenges" konfransında "Milli müəssisələrdə İnsan resurslarının idarə olunması üzrə ən yaxşı praktikaların tətbiqində yaranan çətinliklər" mövzusunda çıxış etmişdir. Konfransın gedişində İnsan resurslarının idarə olunması sahəsində gələcək əməkdaşlıq münasibətlərinin tənzimlənməsi məqsədi ilə AİRA və HRPG arasında niyyət memerandumu imzalanmışdır.