Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

person

 

Koronavirus müddətində İnsan Resursları şöbəsi heyətin idarəedilməsinə rəhbərliyi necə həyata keçirə bilər?

Yeni koronavirusun dünyada yayıldığı bir vaxtda biznes dünyası buna necə reaksiya verilməsi üzərində düşünməkdədir. Reaksiyalar müxtəlif olmuşdur: çoxsaylı konfranslar və idman tədbirləri ləğv edilmiş və ya təxirə salınmışdır. Bir çox bizneslər həm beynəlxalq, həm də ölkədaxili səyahəti məhdudlaşdırmış, daha çoxu isə əməkdaşlardan evdən işləməyi xahiş etmişdir.   

Bununla belə, əksər təşkilatlarda koronavirusa reaksiya ilə bağlı rəsmi strategiyalar hələ formalaşdırılmaqdadır. Biznesin davamlılığı planlarından bir çoxu hazırlanarkən bu cür pamdemiyanın olacağı nəzərdə tutulmamışdır və nəticədə, bizneslərin öz planlarını hansı formada bildirməli olması, əməkdaşların narahatlıqlarını necə dinləməli olması və hər kəsin təhlükəsiz və arxayın olmasını necə təmin etməli olması məsələləri ətrafında bir çox suallar qalmaqdadır.   

Burada əməkdaşların qayğısına qalmaq vəzifəsini yerinə yetirən İnsan Resursları şöbəsi mühüm rola malikdir. Koronavirus pandemiyası zamanı İnsan Resursları şöbəsi lider rolunu ələ alaraq təşkilatda düzgün koordinasiya apara, vəziyyətə aydın reaksiya verə və bunu hər kəsə bildirə və hər kəsin özünü təhlükəsiz hiss etməsini və onların narahatlıqlarının dinlənilməsini təmin etmək üçün işçi qüvvəsini düzgün vasitələrlə təmin edə bilər.   

Şəffaf və müntəzəm məlumatlandırmanın aparılması

İnsan Resursları şöbəsinin rəhbərləri təşkilatın virusa reaksiyası ilə bağlı aşağıdan-yuxarıya və yuxarıdan-aşağıya məlumatlandırma işində şəffaflığın təmin olunmasına kömək etməlidir.

Bunları nəzərə almaq lazımdır:

·         Bizim ümumi reaksiya strategiyamız barədə danışacaq əsas şəxs kim olacaqdır?

·         Onları reaksiya tədbirlərində hər hansı dəyişikliklər barədə kim məlumatlandıracaq?

·         Hansısa əməkdaşın virusa yoluxması halında tətbiq edəcəyimiz prosedur nədən ibarətdir?

·         Əməkdaşlarımızı hansı vasitə və resurslarla təmin edə bilərik?

·         Əməkdaşlar təhlükəsizliklə bağlı narahatlıqlarını bildirmək üçün kimə müraciət edə bilərlər?

·         İnfeksiya ehtimalını azaltmaq üçün ofisdə sanitar təmizləmə işləri necə aparılsın?

·         Namizədlərlə müsahibələri şəxsin iştirakı ilə aparmağa davam etməliyik yoxsa video müsahibə metoduna keçməliyik?

 Əməkdaşlar birbaşa rəhbərlərinin göstərişlərinə qulaq asmalı olsalar da, bu böhran müddətində bütün səviyyələrdə əməkdaşlar üçün əsas resurs kimi mərkəzi rolu İnsan Resursları şöbəsi oynamalıdır. Güman ki, təşkilatın hər bir tərəfindən narahatlıqlar daxil olacaqdır. Ən başlıcası, əməkdaşların özlərini təhlükəsiz hiss etməsi, arxayın olması və səslərinin eşidildiyini hiss etməsi vacibdir. İnsan Resursları şöbəsi təşkilatın öz əməkdaşlarının təhlükəsizliyini və sağlamlığını qorumaq öhdəliyinə sadiqliyini hər kəsə çatdırmaqda kömək edə və hər kəsin səsinin eşidilməsi və ciddi qəbul edilməsi üçün vahid ünsiyyət platforması yarada bilər.

Empatiya, anlayış və şəffaflıq mədəniyyətini inkişaf etdirmək üçün əməkdaşların nələr barədə narahatlıq keçirdiyinin monitorinqini aparmaq məqsədilə işçi məmnuniyyəti sorğularının aparılmasını nəzərdən keçirin. Hər kəsin anonim şəkildə öz narahatlıq, sual və təkliflərini bildirməsi üçün bir metod – virtual yaxud fiziki “Şərhlər” qutusu və ya şərti ad verilmiş xüsusi yönləndirici elektron poçt yaxud mesajlaşma kanalı hazırlayın. Hər bir əməkdaşın böhrana reaksiyası fərqli olacaqdır, lakin hamı öz fikrini bildirməyə və narahatlıqlarını açıq şəkildə, utanmadan və cəzalanmadan ifadə etməyə səlahiyyətli olduğunu hiss etməlidir.

Çevik iş rejimlərinə açıq olun

Şirkətiniz əməkdaşlarına bu dövr ərzində evdən işləməyi tapşırmış olmasa da, onların çoxu ehtimal ki, bunu istəyəcək, digərləri isə ofisə gəlməyi problem hesab etməyəcək. Bu məsələdə qəti qərarın olmadığı halda, işçilərinizə özləri üçün ən yaxşı hesab etdiyi qayda ilə getməyi tövsiyə edin. Evdən işləmək tapşırığı vermiş bizneslərə gəldikdə, onların işçilərinin öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə davam etmələri üçün ev şəraitində düzgün vasitələrlə təmin olunması vacibdir.   

Bu, hamının düzgün koordinasiyası və əlaqələndirilməsi üçün birgə iş, şəbəkə üzərindən iclas və konfransların aparılması vasitələrinə investisiya qoyulmasını nəzərdə tutur. Bizneslər hər kəslə əlaqə saxlanması üçün video-konfrans, interaktiv dialoq və elektron poçt texnologiyalarına asan çıxışı təmin etməlidir.

Ayrı-ayrı komandalar və bütövlükdə şirkətlə əlaqədə qalmaq üçün bu cür vasitələrdən istifadə təşviq edilməlidir.

Menecerlərin bu virusun yayılması zamanı komandalarına cavabdeh olaraq biznesin onlara dəstək verdiyini və komandalarının işinin davam etməsini təmin etmək üçün lazımi vasitə və təlimatla təmin olunduqlarını hiss etmələri vacibdir. Onların əksəri güman ki, bundan əvvəl belə bir vəziyyətlə üzləşməyib. İnsan Resursları şöbəsi onlara zərurət üzrə böhranla bağlı dəstək verməli, onların komandalarla yaranmış vəziyyət barədə necə ünsiyyət saxlamalı olduqlarını başa düşmələrini təmin etməli və onlara istifadə edə biləcəkləri təklif olunan vasitələr barədə məlumat verməlidir.

Menecerləri interaktiv dialoq, video-konfrans və ya elektron poçt kimi çoxsaylı kanallar vasitəsilə öz komandaları ilə tez-tez söhbətləşməyə təşviq edin, çünki bu, işçi qüvvəsinin fraqmentlərə ayrıldığı və yüksək hazırlıq vəziyyətinə gətirildiyi hallarda olduqca vacibdir. Həftəlik və ya hətta gündəlik nəzarətin aparılması, komandaların iş üzrə düzgün koordinasiyasını təmin etməyə və işçinin nəyisə müzakirə etməyə ehtiyac duyduğu zaman menecerlə ünsiyyət xəttinin açılmasına kömək edə bilər. Olduqca vacib bir məqam budur ki, menecerlər mümkün infeksiya və gigiyena qaydalarına riayət etmək barədə komandalarına məlumat vermək prosedurunu başa düşməlidir.

Hazırkı zamanda bizneslər və mövcud vəziyyətə reaksiyanı həyata keçirməkdə kömək edən İnsan Resursları şöbəsinin əməkdaşları üçün çətin və analoqu olmayan bir dönəmdir. Lakin şəffaflıq, çeviklik, empatiya və dəstək yolu ilə İnsan Resursları şöbəsinin rəhbərləri biznesin düzgün koordinasiyasını və işçilərin özlərini təhlükəsiz, səslərinin isə eşidildiyini hiss etmələrini təmin edə bilərlər.

 

Tərcümə etdi: AİRA-nın İdarə heyətinin üzvü Emil Hüseynov

İstinad edildi

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə