Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

1.       Ümumi müddəalar

Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) İctimai Birliyində üzüvlük münasibətləri ədalətlilik, bərabərlik, humanistlik, şəffaflıq, qanunilik və qarşılıqlı faydalılıq prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq normativ-hüquqi aktlara, İctimai Birliyin nizamnaməsinə, İctimai Birliyin idarəetmə orqanının qərarlarına, İctimai Birliyin Davranış-etika kodeksinə və bu sənədə əsasən tənzimlənir.

Azərbaycan Respublikasının vətəndaşları və ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikası ərazisində təşkilati-hüquqi formasından aslı olmayaraq qanuni əsaslarla fəaliyyət göstərən təşkilat və şirkətlər, xarici ölkə vətəndaşları və bu ölkələrdə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxslər, həmçinin həmin ölkələrin ərazisində təşkilati-hüquqi formasından aslı olmayaraq qanuni əsaslarla fəaliyyət göstərən təşkilat və şirkətlər bu qaydada qeyd olunmuş tələblərə uyğun olaraq müvafiq qaydada AİRA-nın üzvü ola bilərlər.

AİRA-nın fərdi, korporativ və fəxri üzvləri qaydalar çərçivəsində təşkilatın müvafiq orqanların seçə və seçilə bilərlər, reqlamentə uyğun olaraq təşkilatın tədbirlərində iştirak edə, təkliflər verə və çıxış edə bilərlər, İctimai Birliyin idarəetmə orqanının yazılı icazəsi ilə təşkilatı aiddiyyəti üzrə müvafiq qaydada təmsil edə bilərlər, öz rekvizitlərində AİRA-nın üzvü olduqlarını (şifahi və yazılı) qeyd edə bilərlər, həmçinin təşkilatın sahib olduğu resurs və imkanlardan qaydalar çərçivəsində imtiyazlı şəkildə faydalana biərlər.

 

2.    Təqdim olunan resurs və imtiyazlar

·        Assosiasiyanın təşkil etdiyi ictimayyətə açıq ödənişsiz seminar və təlimlərdə iştirakda üstünlük;

·        Assosiasiyanın təşkil etdiyi ödənişli seminar və təlimlərdə iştirakda üstünlük və güzəştlər;

·        Şəbəkələşmə (networking) tipli tədbirlərdə iştirakda üstünlük və güzəştlər;

·        Assosiasiyanın təşkil etdiyi ödənişli dəyirmi masa, konfrans, sammit və digər kütləvi tədbirlərdə iştirakda üstünlük və güzəştlər;

·        Assosiasiyanın tərəfdaşlıq etdiyi təşkilat və şirkətlərdə könüllü və ya  təcrübəçi kimi çalışmaq imkanı;

·        Assosiasiyanın tərəfdaşlıq etdiyi təşkilat və şirkətlərdən güzəşt və endirimlərin əldə olunması;

·        Karyera seçimi və inkişafı üzrə konsultasiya və digər xidmətlərdə güzəştlər;

·        Assosiasiyanın təşkil etdiyi seminar və təlimlərdə, dəyirmi masa, konfrans və sammitlərdə məruzəçi və moderator olmaqda üstünlük;

·        Sahə üzrə start-up tipli fərdi layihələrə dəstəyin verillməsi;

·        Regional və qlobal konfraslarda assosiasiya adından dinləyici kimi iştirakda üstünlük və güzəştlər;

·        Regional və qlobal konfraslarda assosiasiya adından məruzəçi kimi iştirakda üstünlük;

·        Beynəlxalq kvalifikasiya proqramlarında iştirakda güzəştlər;

·        Assosiasiyanın nəşirlərinə abunədə güzəşt;

·        Assosiasiyanın nəşirlərində müəllif kimi çıxış etməkdə üstünlük və güzəştlər;

·        CV bazasından yararlanmaq və peşəkar namizədlərin tövsiyə imkanları;

·        Vakansiyaların doldurulması xidmətlərində güzəştlər;

·        Təşkilat və şirkətlərə sahə üzrə audit və kosultasiya xidmətlərinin göstərilməsində güzəştlər;

·        Assosiasiyanın malik olduğu marketinq alətlərindən faydalanmaq imkanları;

·        Assosiasiyanın sahib olduğu kitabxana və digər resurslardan qaydalar çərçivəsində faydalanmaq;

·        Online ödənişli resurslardan (video, kitab, jurnal, məqalə, online kurs)  istifadədə güzəştlər;

 

3.    Üzvlük forma və səviyyələri

AİRA-ya üzvülük fərdi, korparativ və fəxri olmaqla 3 (üç) formada həyata keçirilir və onların aşağıda qeyd olunmuş səviyyələri vardır. Bu qaydanın adiyyəti üzrə 1 2 nömrəli əlavələrində qeyd edilmiş hər hansı bir üzvülük şərt(lər)inə cavab verən, tələb olunan sənədləri təqdim edən və üzvülük haqqını ödəyən, müvafiq qayda müraciət etmiş fərd və ya təşkilat və şirkətlər ilə üzvülük müqaviləsi bağlanılır. Üzvülük forma və səviyyələrinə uyğun olaraq hər bir üzv adiyyəti üzrə 1 2 nömrəli əlavələrində qeyd edilmiş resurs və imtiyazlardan faydalana bilər.   

 

3.1 Fərdi üzvlük səviyyələri

·        Sadə

·        Assosiativ

·        Peşəkar

 

3.2 Korparativ üzvlük səviyyələri

·        Standart

·        Optimal

·        Ekskuliziv

 

3.3 Fəxri üzvlük səviyyəsi

Fəxr üzvlər İdarəetmə və xüsusəndə İnsan Resurslarının İdarə Edilməsi sahəsində müstəsna xidmətlər göstərərək yüksək dəyər yaratmış və Assosiasiyanın inkişafında və fəaliyyətində maraqlı olan peşəkarların arasından İctimai Birliyin idarəetmə orqanının qərarına əsasən seçilir.

 

4.    Üzvlük üçün tələb olunan sənədlər

4.1 Fərdi üzvülük üçün – müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya pasport (xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs)) və üzvülük səviyyəsinə uyğunluğu təsdiq edən sənədlərdən birinin (tələbə bileti, diplom, əmək kitabçası, beynəlxalq sertifikat, elmi dərəcəni təsdiq edən diplom) surəti (PDF formatda), son 6 ayda çəkilmiş 3x4 sm ölçüdə olan rəngli fotosunun elektron (JPG formatda) surəti və üzvülük haqqının ödənilməsi barədə qəbzin surəti (PDF formatda).

4.2 Korporativ üzvülük üçün – müraciət edən şirkətin müvafiq dövlət qrumunda qeydiyyatdan keçməsini təsdiq edən sənədin (VÖEN, çıxarış və sair) surəti (PDF formatda) və loqosunun surəti elektron (PNG formatda) surəti və üzvülük haqqının ödənilməsi barədə qəbzin surəti (PDF formatda).

4.3  Fəxri üzvlük üçün – fəxri üzvün şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya pasport (xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs)) surəti və onun bioqrafik məlumatı (PDF formatda), son 6 ayda çəkilmiş 6x12 sm ölçüdə olan rəngli fotosunun elektron (JPG formatda) surəti.

 

5.    Üzvlüyə müraciət qaydası

5.1 Üzvülük üçün müraciət etmək istəyən fərd və ya təşkilat və şirkətlər İctimai Birliyin rəsmi veb səhifəsi olan www.aira.az ın “Haqqımızda” bölməsində Assosiasiyanın “Etika kodeksi”“Üzvlük” bölməsində “Üzvlük münasibətlərinin tənzimlənməsi qaydası” ilə tanış olduqdan sonra, “Üzvlük” bölməsində “Qeydiyyatdan keç” pəncərəsinə daxil olaraq “Fərdi” və ya “Korporativ” üzvlük formalarından birini seçir. Müraciətçi şərtlərinə uyğun gəldiyi üzvlük səviyyələrindən birini seçərək “Müraciət et” düyməsinə basır və aidiyəti üzrə açılmış Məlumat blankını (3 və ya 4 nömrəli əlavələrindən birini) doldurur. Sonra isə üzvlük forma və səviyyəsi üzrə tələb olunan sənədləri portala yükləyir. Assosiasiyanın “Davranış-etika kodeksi”“Üzvlük münasibətlərinin tənzimlənməsi qaydası” ilə tanış oldum və bu sənədlərdə nəzərdə tutulmuş öhdəlikləri qəbul edirəm bölməsinə “işarə” qoyduqdan sonra “Müraciəti təsdiq et” düyməsinə basmaqla üzvülyə müraciət bitirmiş olur. Bu qaydaya uyğun olaraq, üzvlüyə qəbul 5 (beş) iş günü ərzində təşkilatın səlahiyyətli şəxsi tərəfindən müraciətçi və ya onun səlahiyyətli nümayəndəsi ilə İctimai Birliyin ofisində rəsmi müqavilə bağlamaqla rəsmiləşdirilir. Növbəti 2 (iki) iş günü ərzində müraciətçinin elektron poçt ünvanını (ad və soyad ibarət və etibarlı səhifədə yaradılmış elektron ünvan, nümunələr – mahirqarayev@yahoo.com, mahir.qarayev@gmail.com tövsiyə olunur) əks etdirən “İstifadəçi adı” və adı və doğum ilini əks etdirən ilkin “Şifrə” (nümunələr mahir1974, afaq1993) onun elektron poçt ünvanına göndərilir. Yeni üzv “Şifrə” ni (hərf, rəqəm və @, # kimi işarələrin kombinasiyasından ibarət olan etibarlı və yaddaqalan şifrədən (paroldan) istifadə olunması tövsiyə olunur) dəyişdikdən sonra, “Üzvlük” bölməsində “Daxil ol” pəncərəsinə girərək fərdi və ya korporativ “İstifadəçi hesabına (User account) daxil olur.

 

5.2 “Fəxri” üzvlük İctimai Birliyin idarəetmə orqanının qərarına əsasən namizədliyi təsdiq olunmuş şəxsin Bu qaydanın 4.3 yarımbəndində nəzərdə tutulmuş sənədlərini elektron qaydada alındıqdan sonra təşkilatın səlahiyyətli şəxsi tərəfindən hesab yaratmaqla həyata keçirilir. “İstifadəçi adı” və ilkin “Şifrə” elektron poçt vasitəsi ilə müvafiq qaydada fəxri üzvə təqdim olunur.

 

6.      Üzvlüyə xitam verilməsi halları

6.1           Üzv könüllü olaraq üzvlükdən imtina etdikdə;

6.2           Üzv üçün ayrılmış resurs və imtiyazlardan aidiyyəti üzrə istifadə etmədikdə;

6.3           İctimai Birliyin “Davranış-etika kodeksi”ni pozduqda;

6.4           Bu qaydanın tələblərini pozduqda;

6.5           Üzvlük haqqını ödəmədikdə.

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə