Təlimin məqsədi: Vəzifə və peşələrin qiymətləndirilməsi üsulu ilə dərəcələrin (grading) müəyyən edilməsi, əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi, təşkilati və fərdi karyera idarəçiliyi sisteminin qurulması, öhdəlik, hədəf və tapşırıq əsaslı qiymətləndirmə modeli, təlim tələblərinin formalaşdırılması, təlimlərin planlaşdırılması, təşkili, qiymələndirilməsi, məmnuniyyət sorğularının tətbiqi və nəticələrilə iş üzrə praktiki biliklərin və bacarıqların qazandırlması.
İştirakçı profili: Sahə üzrə fəaliyyət göstərən peşəkar şəxslər (dinləyicilərin sahə üzrə azı 2 il təcrübəsinin olması arzu olunandır).
Proqramı uğurla başa vuran dinləyicilərə “HRENGINEERING” MMC və AİRA (Azərbaycan İnsan Resursları Assosiasiyası) tərəfindən təsdiq edilmiş sertifikatlar təqdim ediləcəkdir.
Təlimdə iştirak edən dinləyicilərə 1 illik AİRA üzvlüyü hədiyyə edilir. Bu, AİRA və HRENGINEERING-in digər xidmətlərindən daha üstün şərtlərlə istifadə imkanı verəcəkdir.
Təlim mövzuları:
Grading:
Gradingin komponentləri və onların təsir əmsalları;
Dərəcələrin hesablanması;
Dərəcələrin əmək haqqında çevrilməsi;
Praktiki nümunə və simulyasiya üzərində iş.
Xidməti fəaliyyətin qiymətləndirilməsi və karyeranın idarə edilməsi:
Xidməti fəaliyyətin qiymətləndirilməsinin (XFQ) və karyeranın idarə edilməsinin (KİE) mahiyyəti, məqsədləri, digər funksiyalarla əlaqəsi, giriş-proses-çıxış məlumatları;
XFQ üzrə ilkin seçimin meyarları;
Talantın idarə edilməsi modullarının qurumun strategiyası ilə əlaqələndirilməsi;
XFQ və KİE sistemlərində istifadə edilən komponentlər, onların təsir imkanları;
XFQ və KİE üzrə mərhələlər və əldə edilən nəticələr, bu nəticələrdən istifadə imkanları;
Peşəkarlıq və fərdi keyfiyyət anlayışı, onların ölçülməsi;
360 dərəcə qiymətləndirmə əslində nədir və nə deyildir?
Korporativ və fərdi karyera inkişaf xəritələri;
Kadr ehtiyatı bazasının formalaşdırılması və ondan istifadə.
Təlim tələblərinin formalaşdırılması:
Fərdi inkişaf planı, təlim planı, təlim proqramı və təlim büdcəsi;
Təlim tələblərinin formalaşdırılması;
Təlim sifarişləri və vendorlarla iş.
Məmnunluğun ölçülməsi və artırılması:
Məmnunluq sorğuları, onların hazırlanması və keçirilməsi, təhlili və nəticələri ilə iş.
Mövzular üzrə hesabat nümunələri:
XFQ, KİE, məmnunluq üzrə hesabatlılığın qurulması, həmin hesabatların təhlil edilməsi, nümunəvi hesabat formaları üzərində praktiki iş.
Təlimçi: Tural Məmmədov
Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi (Tudifak) ixtisası üzrə bakalavr və fərqlənmə ilə magistr dərəcəsi üzrə məzunudur. İstanbul Universiteti İşletme İqtisadiyyatı İnstitunda Pre-MBA dərəcəsi üzrə 1 tam akademik il dinləyici olmuşdur. Hazırda „CIPD Diploma Level 7“ proqramında təhsilə davam edir. Azərbaycan Mərkəzi Bankı, Paşa Həyat Sığorta, Azərbaycan Dəmir Yolları, Socar və sair kimi dövlət və özəl sektor qurumlarında insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmış, sahəvi sistemlərin və modellərin qurulması üzrə nəticələr əldə etmişdir. Dövlət və özəl sektor qurumlarında insan resurslarının idarə edilməsi və restrukturizasiya üzrə layihələri idarə etmişdir. İnsan resurslarının idarə edilməsi üzrə uzunmüddətli təlim və konsultasiya təcrübəsinə malikdir. İnsan resursları və idarəetmə sahəsində yerli və xarici təlim və konfranslarda iştirak etmişdir. HRForumBaku, HRSummitBaku, Hrengineering layihələrinin rəhbəridir. Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. Təlim materialları: təqdimat, simulyasiyalar, təlim keçirilən mövzular üzrə formalar, blanklar, digər əlavə materiallar.
Təşkilatçı: „HRENGINEERING” platforma kimi 2012-ci ildən, müəssisə kimi kimi 2020-ci ildən formalaşdırılmışdır. “HR Forum Baku 2015”, “HR Forum Baku 2016”-nın idea müəllifi və təşkilatçı tərəfi olmuşdur. “HR Summit Baku 2017”, “HR Summit Baku 2018”, “HR Summit Baku 2019”-un təşkilatçısı olmuşdur. İndiyədək peşəkar HR-ların təqdimatı ilə “HRENGINEERING Workshops” adı ilə 9 layihə və müxtəlif tədbirlər təşkil etmişdir.
Qeydiyyat üçün tələsin, yerlər məhduddur.
Son müraciət tarixi: 13 oktyabr 2023-cü il
Müraciət: WhatsApp/Zəng üçün: +994102600116