
Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, Milli Təhlükəsizlik və Siyası Strategiya ixtisası üzrə magistr dərəcələrini fərqlənmə ilə bitirmişdir. Fransanın SUEZ şirkəti tərəfindən Təlimçilər üçün təlim sertifikatına layiq görülmüşdür. İnsan resurslarının idarə edilməsi ilə bağlı müxtəlif təlimlərdə iştirak etmişdir. İSO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatı əldə etmişdir.
Özəl və dövlət sektorunda insan resurslarının idarə edilməsi sahəsində 15 ilə yaxın iş təcrübəsi olan Rauf Məmmədov hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də İnsan resurslarının idarə edilməsi idarəsinin Əmək haqqı şöbəsinin rəisi vəzifəsində çalışır.
Əmək qanunvericiliyi, dövlət qulluğu qanunvericiliyi üzrə mütəxəssisdir və bu sahədə təlim, konsultasiyalar verir.
“HR Summit Baku 2017”, “HR Summit Baku 2018” və “HR Summit Baku 2019” adlı tədbirlərin təşkilat komitəsinin üzvü olmuşdur.