Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

Qafqaz Universitetinin Regionşünaslıq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakültəsində təhsil alıb. Beynəlxalq layihələr əsasında Litva Vilnüs Gedeminos Texniki Universitetində "Karyera planlama və metodları" üzrə və Portuqaliyanın Braganza Universitetində "İnsan kapitalı" üzrə ixtisasartırma təhsili alıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlim və layihə rəhbəri kimi Gənclər evində fəaliyyət göstərib. "Azərsu" ASC-nin Təlim və İnnovasiyalar Mərkəzinin rəhbəri kimi çalışıb.

Hal-hazırda Azərbaycanın ən böyük insan resursları layihəsini həyata keçirdən PSG Management Systems şirkətində Biznesin inkişafı üzrə menecer olaraq işləyir. SOCAR və ona tabe qurumlarında iş analiz anketlərinin, invertarlarının və proseslərin hazırlanmasında konsultasiya verir.

“HR Summit Baku 2017”, “HR Summit Baku 2018” və “HR Summit Baku 2019” adlı tədbirlərin təşkilat komitəsinin üzvü olmuşdur.

Ailəlidir, iki övladı var.

 


Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə