
Human Resource Certification Institute-nun SPHRİ beynəlxalq sertifikatına sahibdir. 13 illik karyerası ərzində qeyri-hökümət, dövlət və həmçinin biznes sektorlarında çalışıb. Müxtəlif şirkətlərdə Təlim üzrə menecer, Təlim və inkişaf şöbəsinin müdiri, İR üzrə menecer və İR departamentinin direktoru vəzifələrində işləyib. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında “İnsan resurslarının idarə edilməsi” və “Menecment” fənlərini tədris edir. Bundan başqa təlimçi, kouç, biznes konsultant kimi fəaliyyət göstərir. Özəl sektorda peşəkar karyerası ilə yanaşı ictimai sosial fəaliyyətlə də məşğul olaraq, müxtəlif sosial layihələrdə təlimçi, mentor, koordinator olaraq iştirak etməkdədir. “Valideyn İnkişaf Platformasının” (PDP) həmtəsisçisidir.
Ailəlidir, bir övladı var.