Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

Etik qaydalar kodeksi

1.      Ümumi müddəalar

1.1.Kodeksin əhatə dairəsi

1.1.1.      Bu qaydalar AİRA üzvü olan bütün şəxslərə şamil edilir.

1.1.2.      AİRA-nın hər bir üzvü insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu kodeksin müddəalarına əməl etməyə borcludur.

 

1.2.Kodeksin məqsədləri

1.2.1.      Bu kodeksin məqsədləri aşağıdakılardan ibarətdir:

1.2.2.      Assosiasiyanın və assosiasiya üzvlərinin nüfuzunun artırılması, vətəndaşların assosiasiyaya və onun üzvlərinə  etimadının yüksəldilməsi;

1.2.3.      Assosiasiya və assosiasiya üzvlərinin  fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

1.2.4.      Assosiasiya üzvlərinin fəaliyyətində maraqların toqquşmasının qarşısını almaq ;

1.2.5.      AİRA üzvləri  tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

1.2.6.      AİRA üzvlərindən gözlənilən davranış barədə müştərilərin məlumatlandırılması

1.2.7.      Assosiasiyanın və onun üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə müştərilərin təsiri imkanlarının genişləndirilməsi.

 

1.3.Xidməti davranışın hüquqi tənzimlənməsi

1.3.1.      Assosiasiya üzvünün xidməti davranışı bu qaydalar toplusunda ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Üzvlərin xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

1.3.2.      Assosiasiya üzvlərinin xidməti davranışı bu qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

1.3.3.      Bu kodekslə müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar digər qeyri-hökumət təşkilatlarına uyğun olaraq nizamlana bilər. Göstərilən normativ hüquqi aktlar bu kodeksin müddəalarına zidd olmamalıdır.

 

2.     Etik davranış qaydaları

2.1.         Vicdanlı davranış

2.1.1.      Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə assosiasiya üzvləri öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

2.1.2.      Assosiasiya üzvləri bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.2.         Mədəni davranış

2.2.1.      Assosiasiya üzvü bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

 

2.3.         Maraqlar toqquşmasının qarşısının alınması

2.3.1.      Assosiasiya üzvü fəaliyyətdə olduğu dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir

2.3.2.      AİRA üzvünün xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o,ümumi qaydalara  müvafiq olaraq, assosiasiya üzvlüyünə  qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

2.4.         Məlumatlardan istifadə

2.4.1.      Assosiasiya üzvü assosiasiyada  olan məlumatların qaydalarla  müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

2.4.2.      Assosiasiya üzvü fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz

 

3.     Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

3.1.         Təminatlar sistemi

3.1.1.      Assosiasiya üzvü tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:

3.1.2.      Assosiasiya üzvünün davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;

3.1.3.      Assosiasiya üzvü, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

 

3.2.         Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

3.2.1.      Etik davranış qaydalarının pozulması assosiasiya üzvünün  intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə