Azərbaycan İnsan Resursları Assosiasiyası

  •  

Bakı şəhəri, Xətai rayonu,
Babək pr, məhəllə 11/30, bina 10A

+99455 908 0101


info@aira.az

Dəyərlərimiz

  • Açıq fikirlilik – açıq düşüncəli və sağlam təfəkkürlü insanların şəffaf dəyərlər əsasında münasibəti; 
  • Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında təmənnasız fəaliyyət;
  • Əməkdaşlıq – qarşılıqlı faydalılıq əsasında tərəflərin peşəkar münasibəti; 
  • Nəticə yönümlülük – peşəkar formada hədəflərə yönəlmiş yüksək dəyər yaradan fəaliyyət;
  • Davamlılıq – inkişafa doğru daimi, stabil və ardıcıl fəaliyyət; 
  • Peşəkarlıq –fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma;
  • Operativlik – imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət; 
  • Komanda işi – müəyyən olunmuş rollar çərçivəsində vahid dəyər və məqsədlər naminə birgə əməkdaşlıq; 
  • İnnovativlik – yeniliklərə hazır olma və çağırışları müəyyən etmə mövqeyi.

 

Vizionumuz

Ümumbəşəri çağırışlardan çıxış edərək insan resurslarının davamlı peşəkar inkişafına daim yüksək dəyər qatmaq.

 

Missiyamız

İnsan kapitalını ən dəyərli hesab edərək, İnsan resursları sahəsinin davamlı inkişafına məqsədlərimizə çatmaqla nail olmaq: 

  • Əmək bazarı üzrə bütün maraqlı tərəflərin: fərdlərin, işçilərin, insan resursları mütəxəssislərinin, həmçinin dövlət və biznes sektorunun, iqtisadiyyat və cəmiyyətin faydalana biləcəyi etibarlı və mötəbər təşkilat olmaq;
  • İnsan resurslarının idarə edilməsi sahəsi üzrə mötəbər yerli və beynəlxalq tərəfdaşa çevrilmək;
  • İnsan resurslarının strateji baxımdan inkişafı məqsədi ilə beynəlxalq səviyyədə tanınan vahid milli standartlar yaratmaq;
  • İnsan resurslarının idarə edilməsi sahəsində çalışan və karyerasını bu sferada qurmaq istəyən fərd, mütəxəssis və peşəkarların, həmçinin təşkilat və şirkətlərin ən böyük rəsmi platformasını formalaşdırmaq;
  • Əmək şəraitinin və iş-həyat balansınıın daha da təkmilləşdirilməsi, əmək münasibətlərinin və əmək qanunvericiliyinin müasir biznesin çağırışlarına cavab verilməsi istiqamətində təşəbbüskar təşkilat olmaq;
  • İnnovativ iqtisadiyyatın tələblərinə cavab verən kadr hazırlığı prosesinə istiqamət və dəstək vermək;
  • Korporativ sosial məsuliyyət üzrə müxtəlif istiqamətli fəaliyyətləri birləşdirən mərkəzə çevrilmək.

 

Yaranmış sual və təklifləriniz üçün komandamız ilə əlaqə

Bizimlə əlaqə