Sammitin ideyası və missiyası
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 29 noyabr 2011-ci ildə imzaladığı sərəncamla qüvvəyə minən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kadr hazırlığı məsələlərinə ciddi yanaşıldığının bariz nümunəsidir. Qloballaşan dünyanın iqtisadi-siyasi fonunda, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir. Bu vəzifənin həyata keçirilməsini təmin edən isə hər bir ölkənin insan resursları və intellektual fondudur. Dünyada baş verən dəyişikliklər, qloballaşma, demoqrafiyanın dəyişməsi, fiziki kapitalın ikinci plana keçməsi, əvəzində isə insan resurslarının strateji rolunun artması və s. məsələlər insan amilinin həm
makro, həm də mikro səviyyədə rolunu artırmaqdadır.
Məqsədimiz
Məqsədimiz insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töfhə vermək, həmçinin Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkədə insan resursları idarəçiliyinin inkişafına dəstək olmaqdır.
Əsas dinləyici hədəfimiz
Əsas dinləyici hədəfimiz insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən yerli və xarici rəhbər şəxslərdir.
Spiker seçimlərimiz
Spikerlərimiz yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların insan resursları strukturları üzrə rəhbərlər, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləri sırasından dəvət edirik.
Təşkil mexanizmimiz
Sammit ildə 1 dəfə olmaqla təşkil edilir.
Faydamız
Sammitdə iştirak etməklə sahə üzrə yeni tətbiqlərlə bağlı müzakirələrin iştirakçısı olacaqsınız. Həmçinin Sammit iştirakçılarına təsadüfi seçimlərlə, yaxud da xüsusi müəyyən etmə ilə peşəkar və fərdi inkişafa dəstək ola biləcək hədiyyələr təqdim ediləcək. Bunlardan əlavə əminik ki, nahar və kofe fasilələrində həm spikerlər, həm də ölkənin ən öndə olan yüzlərlə insan resursları peşəkarları bir-birləri ilə faydalı ünsiyyət qurmaqla öz peşəkar əhatə dairələrini daha da genişləndirə biləcəklər.